Yığmamız Avropada seçmə mərhələyə böyükhesablı məğlubiyyətlə başladı

00:40 Milli komanda 95
Yığmamız Avropada seçmə mərhələyə böyükhesablı məğlubiyyətlə başladı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb.

“Raudondvario” stadionunda keçirilən matç Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Millimiz növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti