Millimizin çalışdırıcısı kimi güclü sayır - Sent Lüsiyanı, yoxsa Syerra Leoneni?

15:15 Milli komanda 211
Millimizin çalışdırıcısı kimi güclü sayır - Sent Lüsiyanı, yoxsa Syerra Leoneni?

Azərbaycanda keçiriləcək “FİFA Series – 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.

Dəyişikliyə səbəb Oman komandasının Yaxın Şərqdəki hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.

FİFA ilə razılaşdırılmış formata əsasən, turnir iki oyundan ibarət olacaq.

Azərbaycan millisi martın 27- də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq.

Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.

Komandamızın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a açıqlamasında ərəblərin ölkəmizin səfərinin alınmamasına təəssüfləndiyini bildirib.

Bununla belə, o, turnirnin maraqlı keçəcəyinə inandığını söyləyib:

«Yaranmış vəziyyətin səbəblərini hamı bilir. Son anadək ümid var idi ki,

Oman komandası Azərbaycana səfər edəcək. Bildiyimə görə, Yaxın Şərqdəki hadisələrə görə daha bir neçə komanda səfərə çıxmayıb.

Biz hər üç rəqibi analiz etmişdik. Sent Lüsiya və Syerra Leone haqda kifayət qədər məlumat toplamışıq.

Syerra Leone heyətinə görə daha güclüdür. Avropada çıxış edən səviyyəli futbolçuları çoxdur.

Bizi maraqlı, eyni zamanda, gərgin iki oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, bu matçları yaxşı səviyyədə keçirək və azarkeşləri sevindirək.

Mən buradan onları stadiona səsləyirəm. Gəlib futbolçuları dəstəkləsinlər. Buna ehtiyacımız var».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti