21 yaşadək futbolçulardan ibarət Portuqaliya millisinin üzvü Joau Simoeş Avropa çempionatının seçmə mərhələsndə Azərbaycan və Şotlandiya yığması ilə keçiriləcək oyunlarla bağlı danışıb.
Sportinfo.az "Record"a istinadən xəbər verir ki, "Sportinq"in hücumameyilli yarımmüdafiəçisi qeyd edib ki, hazırda ən vacib olan Azərbaycanla qaşrdan gələn oyundur:
"Bütün milli komanda matçları kimi, bunlar da iki çox çətin oyun olacaq. Biz də rəqiblərin ən yaxşı oyunçularına qarşı oynayırıq.
Ən yaxşı oyunumuzu göstərmək və iki qələbə qazanmaq üçün çox çalışırıq, rəqiblərimizi öyrənirik.
Amma hazırda biz əsasən Azərbaycana qarşı oyun haqqında düşünürük. Bu, ən vacib oyundur və ümid edirik ki, üç xal qazanacağıq".
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı martın 27-də 8-ci km qəsəbə stadionunda keçiriləcək va saat 15:00-da başlayacaq.
Martın 31-də Azərbaycan millisi Bolqarıstanın qonağı olacaq, Portuqaliya isə Şotlandiyanı qəbul edəcək.

