"Berliner"in (Almaniya) formasını geyinən Zeyd Nəsirullanın 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin toplanışında iştirak etməməsinin səbəbi bəlli olub.
Sportinfo.az xəbər verir ki, 17 yaşlı mərkəz müdafiəçisi topuğundan zədələndiyi üçün yığmanın düşərgəsindən kənarda qalıb.
O, Bundesliqanın Gənclər Liqasında "Borussiya Münxenqladbax"la keçirilən matçda xəsarət alıb.
Həkimlərin rəyinə əsasən, Zeyd Nəsirulla 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda martın 24-də Bolqarıstan, 27-də Litva və 30-da Malta ilə qarşılaşacaq.

