"Bolonya" və "Verder"in futbolçuları yığmamızın önünə çıxacaq

23 Mart 22:30 Milli komanda 134
"Bolonya" və "Verder"in futbolçuları yığmamızın önünə çıxacaq

Bolqarıstanın U-21 yığmasının AVRO-2027 seçmə mərhələsinin B qrupunun 9-cu turunda Azərbaycana (31 mart) qarşı keçiriləcək matç üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığma komandaya 23 futbolçu cəlb edilib:

Qapıçılar: Aleks Bojev (“Slaviya” Praqa, Çexiya), Plamen Andreev (“Lex”, Polşa), Stefan Smarkalev (“Verder”, Almaniya);

Müdafiəçilər: Martin Georgiyev (“Spartak”), Teodor İvanov (ÇSKA Moskva), Mixail Polendakov (“Şeffild Yunayted”, İngiltərə), Dimitar Papazov (“Bolonya”, İtaliya), Nikola Neyçev (“Lokomotiv”, Sofiya), Todor Pavlov (“Lokomotiv”, Plovdiv), İvaylo Videv (Botev);

Yarımmüdafiəçilər: Asen Mitkov (“Levski”), Antoan Stoyanov (“Botev”), Petko Panayotov (ÇSKA, Sofiya), Tsvetoslav Marinov (“Spartak”, Varna), İvan Pankov (“Krasava İpsonas”, Kipr), Georgi Çorbadjiyski (“Lokomotiv”, Plovdiv);

Hücumçular: Georgi Lazarov, Nikolay Zlatev (hər ikisi “Çerno More”), Borislav Rupanov (“Qornik Zabrze”, Polşa), Roberto Raiçev (“Slaviya” Sofiya), Boris Dimitrov (“Montana”), Sevi İdriz (“Lokomotiv” Plovdiv), Vasil Kazalciev (“Slaviya” Sofiya)

Bolqarıstan - Azərbaycan (U-21) oyunu martın 31-də keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti