Azərbaycan yığmasına legionerlər cəlb olunacaqmı? - AFFA-dan MÜHÜM MƏLUMAT!

5 Noyabr 14:40 Milli komanda 1 644
Azərbaycan yığmasına legionerlər cəlb olunacaqmı? - AFFA-dan MÜHÜM MƏLUMAT!

AFFA Premyer Liqada çıxış edən heç bir legioneri milliləşdirməyə hazırlaşmır.

Bu barədə federasiyadan redaksiyamıza məlumat daxil olub.

Verilən informasiyaya görə, yığmanın baş məşqçisi Ayxan Abbasov belə bir istəklə quruma müraciət etməyib.

Ötən ay ölkənin əsas komandasının başına gətirilən çalışdırıcı hansısa əcnəbini öz sərəncamında görmək arzusu barədə AFFA rəhbərliyinə nəsə söyləməyib.

Əksinə, o, bu təcrübədən yararlanmaq niyyətində olmasını bir neçə dəfə dilə gətirib.

Abbasov Azərbaycana bağlılığı olmayan, bu formanı geyinməyə tərəddüd edən heç bir futbolçunu milliyə çağırmayacağını federasiya mənsublarının diqqətinə çatdırıb.

Gənc mütəxəssis bildirib ki, yığmanın başında dayandığı müddətdə «milliləşdirmə ənənəsi»ndən yararlanmayacaq, yalnız yerli oyunçuların xidmətindən istifadə eləyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu