Millinin baş məşqçisi “qara siyahı”ya düşmüş hücumçuya niyə zəng vurdu?

20:00 Milli komanda 319
Millinin baş məşqçisi “qara siyahı”ya düşmüş hücumçuya niyə zəng vurdu?

Millinin baş məşqçisi Ayxan Abbasov Mahir Emreliyə dəstək verib.

O, «Kayzerslautern»də çətin günlər yaşayan hücumçu ilə əlaqə saxlayıb.

Çalışdırıcı II Bundesliqa klubunun son 6 rəsmi matçında forma şansı qazanmayan forvardın durumu ilə maraqlanıb.

28 yaşlı ön xətt oyunçusu adının iştirak ərizəsinə salınmasına bir anlam verə bilmədiyini söyləyib.

Deyib ki, hazırda karyerasının ən ağır dönəmindən keçir və vəziyyətin hələ nə qədər belə davam edəcəyi özünə də bəlli deyil.

Abbasov Emreliyə möhkəm olmağı, ruhdan düşməməyi tapşırıb. Bildirib ki, onu bu ay Fransa və İslandiya ilə Bakıda keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyunlarına çağırmağı düşünür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti