Azərbaycan millisində 20-ci baş məşqçi - Yerli adam

08:50 Milli komanda 165
Azərbaycan millisində 20-ci baş məşqçi - Yerli adam

Ayxan Abbasov Azərbaycan millisinin 20-ci baş məşqçisi kimi tarixə düşüb.

44 yaşlı mütəxəssis artıq daimi çalışdırıcı kimi təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, indiyədək komandanı 19 mütəxəssis meydana çıxarıb. Onlardan üçü – Nazim Süleymanov, Mahmud Qurbanov və Arif Əsədov baş məşqçisiz qalan milliyə müvəqqəti rəhbərlik ediblər.

Bunlardan başqa, Qyoko Hacıyevski də qısamüddətli anlaşma ilə bu vəzifəni tutub. Bir görüşdə isə Kazbek Tuayev və Ağasəlim Mircavadovun rəhbərlik etdiyi məşqçilər korpusu bu vəzifəni icra edib.

20 mütəxəssisdən 13-ü yerli, 7-si legioner olub. Ayxan Abbasov 13-cü yerli məşqçi kimi tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti