 
            "Dinamo"nun (Moskva) formasını geyinən Ülvi Babayev Rusiyanın U-21 yığmasına dəvət alıb.
Əslən azərbaycanlı 21 yaşlı hücumçunun adı 38 oyunçudan ibarət geniş heyətinə daxil edilib.
Rusiya yığması noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 komandası ilə üz-üzə gələcək.
Matçlar 12-18 noyabr tarixlərində Qırğızıstanın Oş şəhərində baş tutacaq.
Bu, Ülvinin Rusiyanın gənclər yığmalarına ilk dəvəti deyil. O, daha öncə U-15 və U-16-nın formasını geyinib, üst-üstə 9 görüşdə forma geyinib.
Babayev yaxınlarda “Dinamo”nun heyətində “Krılya Sovetov”a qarşı keçirilən kubok matçında (4:0) het-trik edib.
AFFA həmyerlimizin milliyə cəlb olunması istiqamətində iş aparır. Rusiya U-21-ində çıxış etmək onun Azərbaycan yığmasında debüt etməsinə mane olmayacaq.
FIFA-nın reqlamentinə əsasən, futbolçu ölkənin əsas millisinin rəsmi oyunlarında iştirak etməyibsə, ölkə seçimini dəyişə bilər.
Fəqət… Ülvi tarixi vətəninin şərəfini qorumağa maraq göstərmir. Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.
Federasiyadan redaksiyamıza verilən informasiyaya görə, millinin seleksiyaçıları ötən 2-3 il ərzində dəfələrlə gəncin özüylə təmas qurmağa cəhd göstərib.
O, müxtəlif bəhanələrlə bu görüşmələrdən yayınıb. Qurumun təmsilçiləri axırıncı dəfə hücumçunun atasıyla əlaqə yaradıb.
Valideyni isə oğlunun gələcəyini Rusiya yığmasında gördüyünü, Azərbaycanla əlaqəli hansısa planının olmadığını bildirib və beləcə, «söhbət bağlanıb».
SPORTİNFO.AZ

 
                 
                 
                 
                 
                    
 
                            .jpg) 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            .jpg) 
                            .jpg) 
                             
                             
                             
                             
                            .jpg) 
                            .jpg)