Daha 3 avstriyalı futbolçu Azərbaycanla oyunu buraxacaq

20 Mart 2023 22:40 Milli komanda 338
Daha 3 avstriyalı futbolçu Azərbaycanla oyunu buraxacaq

Avstriya yığmasının daha üç futbolçusu Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə oyununda meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, Almaniya "Frayburq"undan Filip Linxart, "Darmştadt"dan Matias Honsak və İtaliya "Bolonya"sından Marko Arnautoviç zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Yığmanın baş məşqçisi Ralf Ranqnik onların əvəzinə Almaniya "Verder"indən Romano Şmid və İtaliya "Salernitana"sından Flavius Danilyuka dəvət göndərib.

Daha əvvəl "Lask" klubunun qapıçısı Aleksander Şlager eyni səbəbdən milli komandadan kənarlaşdırılıb.

Avstriya martın 24-də Azərbaycan, 27-də isə Estoniya yığması ilə Lints şəhərində qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!