Yeni baş katib De Byazini millidən uzaqlaşdırmaq istəyir

30 May 2022 14:40 Milli komanda 1 442
Yeni baş katib De Byazini millidən uzaqlaşdırmaq istəyir

Azərbaycan millisi iyunda 4 oyun keçirəcək.

Canni de Byazinin komandası Millətlər Liqasında mübarizəyə başlayacaq.

Yığmamız Belarusla iki, Qazaxıstan və Slovakiya ilə bir matçını gələn ay keçirəcək.

Kollektiv bu qarşılaşmalarda məğlubiyyətləri sıralasa, AFFA baş məşqçinin məsələsinə yenidən baxacaq.

Bu barədə Sportinfo.az-a qurumun özündən yeni məlumat daxil olub. Redaksiyamıza verilən informasiyaya görə, baş katib Sərxan Hacıyev italyan çalışdırıcının perspektivi ilə bağlı bədbin fikirdədir.

Bir müddət əvvəl görəvə gələn gənc funksioner bu narahatlığını yaxın çevrəsi ilə söhbətlərdə dilə gətirib. O, De Byazinin bu oyunlardan sonra istefaya göndərilməsinin gündəmə gətirilməsini də istisna etməyib.

Yeni baş katib millinin yerli mütəxəssislərdən birinə tapşırılmasına tərəfdar olduğunu söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!
12 Avqust 08:50 Yeni hücumçuları var
12 Avqust 08:30 "Karvan"dan böyük hesab
12 Avqust 03:00 Ronaldo evləndi - FOTOLAR