
Xalq artisti Aygün Kazımova ölkədə tətbiq olunan xüsusi karantin rejimində çəki atması ilə diqqət çəkib.
Sportinfo.az xəbər verir ki, idman zallarının bağlandığı dövrdə sənətçi evdə yürüyüş edərək 7 kilodan azad olub.
Bu barədə o, instaqram səhifəsində məlumat verib. Müğənni videosunu paylaşaraq daim idmanla məşğul olduğunu vurğulayıb: “Evdə qaldığım müddətdə qaçış alətim olmasaydı, çətin məni formada görə bilərdiz”.