Məşhur futbolçunu ittiham edən model həbs olundu - FOTOLAR

17 Yanvar 2020 15:29 Maraqlı 1 221
Məşhur futbolçunu ittiham edən model həbs olundu - FOTOLAR

Rusiyalı model Luiza Kremlyova həbs olunub. Sportinfo.az xəbər verir ki, Luizanı İspaniya polisi saxlayıb.

O, "Milan"ın futbolçusu Teo Ernandesi zorlamada ittiham etdiyi üçün saxlanılıb.

Məhkəmə araşdırmalarından sonra Luiza yalan ifadə verməkdə günahlandırılıb. Buna görə də onun həbsinə qərar verilib. Modelin azadlıqdan məhrum ediləcəyi istisna olunmur.

Luiza Ernandesi 2017-ci ildə zorlamada ittiham etmişdi. Həmin ilin iyun ayında iş bağlanmışdı. Model apelyasiya şikayəti vermişdi. Bu ilin yanvarında isə məhkəmə onun şikayətini rədd etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti