COP29

Baş açmaq olmur ki… "Keşlə"nin konfrans hazırlığı

14 İyul 2021 14:00 Köşə 1 489
Baş açmaq olmur ki… "Keşlə"nin konfrans hazırlığı

"Keşlə" ölkə kubokunu qazanmaqla başa çatan mövsümü titulla başa vurmağı bacardı.

Bununla da Sənan Qurbanov komandasını Konfrans Liqasına aparmaq öhdəliyini yerinə yetirmiş oldu.

Mövsüm bitər-bitməz isə paytaxt təmsilçisinin avrokuboklara "hazırlığı" start götürdü. Öncə komandanın onurğa sütunu Sezar Meza Kolli komandadan ayrıldı.

Ardınca təlim-məşq toplanışının ölkədə keçiriləcəyi qərarı verildi.

"Keşlə"dən fərqli olaraq ölkəmizi avrokuboklarda təmsil edəcək digər 3 klubumuz toplanış üçün ölkə xaricini seçdi. Hətta "Sumqayıt" belə ölkə xaricinə gedə bildi, amma "Keşlə"yə bu şans verilmədi. Səbab birmənaldır - "Pul yoxdur"!

Daha sonra Ruslan Əmircanov, Rahil Məlikov kimi futbolçularla müqavilələr artırıldı. Adıçəkilən futbolçular nə vaxtsa yaxşı ola bilərlər, amma bu gün soruşsan özləri də etiraf edəcək ki, Konfrans Liqası üçün yararlı deyillər.

Omar Qudiabi adlı əcnəbi futbolçu transfer edilib və yalnız müqavilə bağlanandan sonra onun cəza səbəbindən "Soçi" ilə oyunu buraxacağı aşkarlanıb.

İlk yoxlama oyununda "Qarabağ"a 7-0 uduzan komanda ikinci yoxlama görüşdə "Səbail"lə üz-üzə gəldi. Oyunun bitməsinə 10 dəqiqə qalır, rəsmi səhifədə oyunla bağlı son paylaşım 20 saat əvvəl edilmişdi. Bu, bir "peşəkar" klubun özünə yanaşmasıdır.

Konfrans Liqasındakı oyuna 2 həftədən az vaxt qalmış, Kərim Diniyevin transferi "Keşlə" daha bir futbolçu ilə gücləndi" başlığı ilə təqdim olundu. İndi də oturub yoxlanış üçün irandan futbolçu gözləyirlər.

Ciddiyət sıfır, hazırlıq bərbad, rahatçılıq da nə qədər desən ...

Baş açmaq olmur ki, bu komanda 1 həftə sonra Soçiyə Konfrans Liqası üçün gedir, yoxsa hər hansı konfrans üçün ....

Xanoğlan İmanov

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq