Belə biabırçı məşqçiyə hansı klub dözər?

12 Sentyabr 2021 14:00 Şamaxı 1 547
Belə biabırçı məşqçiyə hansı klub dözər?

Sənan Qurbanovun «Keşlə»də keçirdiyi oyunların sayı 25-ə yaxınlaşır.

«Kəpəz»lə ölkə kubokunun ¼ final mərhələsinin qarşılaşmalarını hesaba qatmasaq, o, cəmi 4 qələbəyə sevinib.

Bunların ikisi yenə kubokun, ikisi də Premyer Liqanın payına düşür.

Hamıya gün kimi aydındır ki, «Keşlə» ötən mövsüm «Zirə»ni yarımfinalda, «Sumqayıt»ı finaalda necə, kim(lər)in hesabıına uddu, kuboku başı üzərinə qaldırdı.

O uğurda hamıdan azx əməyi keçən biri varsa, həmin şəxs də Qurbanovdur.

Konfrans Liqasına erkən vida, ardınca Premyer Liqanın yeni mövsümünə 3 yenilgi ilə başlamaq Qurbanovun məşqçi imajını gözlər önünə sərdi.

Kor da gördü ki, onun zərrə qədər məşqçilik bacarığı yoxdur, sadəcə, xahiş-minnətlə sükan arxasına əyləşib.

Sənan keyfiyyətsiz işi ilə onun vəzifəyə əlyəşməsindən ötür minnətçi düşənlərin üzünü qara, başını aşağı edir. Adam pulpərəstdir, layiq olmadığı yerdən dördəlli yapışıb.

Bəndədə sifət yaxşı şeydir, neyləyək, Qurbanov bundan da məhrumdur.

Qurbanov kimi yerini bilməyən, istedadsız və xoflu kəslərin ucbatındandır ki, gənc məşqçilərə münasibət birmənalı deyil.

25-ə yaxın oyun keçirəsən, 5 qəpiklik futbol nümayiş etdirməyəsən - bu, adamın çalışdığı kluba qarşı haqsızlığı, hörmətsizliyidir.

Vaxt verildi də, daha nə istəyir? Belə biabırçı göstəriciləri olan məşqçiyə hansı klub dözər? «Keşlə» dözür amma. Bu saata kimi...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!