Yaxınlarda təmirə bağlanan Gəncə şəhər stadionunun söküntüsü hələ başlamayıb.
Bu iş bir müddət sonraya ertələnib.
Məsələ birbaşa poratçı şirkətlə əlaqədardır. Yenidənqurma tədbirlərin həyata keçirəcək Türkiyə firmayla arenanın məxsus olduğu Gənclər və İdman Nazirliyi (GİN) arasında müəyyən fikir ayrılığı yaranıb.
O üzdən hasarlanmış ərazidə durğunluq hökm sürür. «Kəpəz» rəhbərliyi mövcud vəziyyətlə bağlı GİN-ə dəfələrlə müraciət etsə də, onlara işlərin nə vaxt start götürəcəyini məlumat verməyiblər.
SPORTİNFO.AZ

