Premyer Liqanın XVI turunda "Kəpəz" "Zirə"yə məğlub olub.
Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan oyunda gəncəlilər 0:4 hesabı ilə uduzublar.
Görüşdə hesab 32-ci dəqiqədə açılıb. Salifu Suma fərqlənib. Fasilə ərəfəsində qonaqlar hesab arasındakı üstünlüyünü iki topa çatdırıb.
45+2-ci dəqiqədə Giorgi Papunaşvili meydan sahiblərini cəzalandırıb. 48-ci dəqiqədə İssa Cibrilanın qolu sayəsində hesab arasındakı fərq bir qədər də böyüyüb.
Qarşılaşmada yekun hesabı isə 73-cü dəqiqədə rəqib qapısını dəqiq nişan alan Elçin Əlicanov müəyyənləşdirib.
Bu qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "Zirə" dördüncü pillədə yer alıb. "Kəpəz" isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.
"Kəpəz" - "Zirə" 0:4
Qollar: Salifu Suma, 32; Giorgi Papunaşvili, 45+2; İssa Cibrila, 47; Elçin Əlicanov, 73
Tovuz şəhər stadionu, 150 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Teymur Teymurov
Dördüncü hakim: Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqə: Orxan Əliyev, 40 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 2 dəq.
“Kəpəz”
1. Rojerio Santos
7. Ehtiram Şahverdiyev
12. Turan Manafov
70. Nicat Suleymanov
(77. Viktor Braqa, 58)
5. Rauf Hüseynli
(21. Camal Cəfərov, 58)
26. Valdemar Almeyda
9. Luis Paçu
(11. Orxan Əliyev, 15)
29. Dioqo Verdaska
78. Yeqor Kvalko (k)
3. Mahamadu Ba
10. Karim Lkouça
Ehtiyat oyunçular:
22. Məmməd Hüseynov
18. Elgün Bayramov
80. Tural Rzayev
99. Əli Səmədov
20. Mahir Həsənov
17. Ümid Səmədov
97. Nicat Məmmədov
19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov
“Zirə”
13. Aydın Bayramov
21. Hacıağa Hacılı
8. İsmayıl İbrahimli
(16. Fuad Bayramov, 77)
14. Elçin Əlicanov
4. Ruan Renato (k)
90. Davit Volkov
10. Giorgi Papunaşvili
70. İssa Cibrila
(15. Pyer Zebli, 77)
18. Junior Martins
(24. Yusuf Laval, 72)
6. Eldar Quliyev
(29. Ceyhun Nuriyev, 61)
19. Salifu Suma
(17. Ayron Qomis, 61)
Ehtiyat oyunçular:
97. Tiaqo Silva
41. Anar Nəzirov
7. Məqsəd İsayev
22. İldar Alekperov
5. Stefan Aka
3. Ange Mutsinzi
28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov