"Kəpəz" daha bir əcnəbi ilə "yola davam" qərarı verdi

23 İyul 2024 23:00 Kəpəz 1 497
"Kəpəz" daha bir əcnəbi ilə "yola davam" qərarı verdi

“Kəpəz” daha bir əcnəbi ilə güclənib.

Bu, qanalı legioner Huda İssahdır.

Bir müddətdir bölgə klubunda baxışda olan əcnəbi futbolçu baş məşqçi Adil Şükürovun diqqətini çəkə bilib.

Afrikalı legionerin mövqeyi mərkəz yarımmüdafiəçisidir.

22 yaşlı futbolçu ilk dəfə legioner həyatı yaşayacaq.

Bu günə kimi isə ancaq vətənində çıxış edib.

Huda ölkəsinin U-20 və U-23 millilərinə də dəvət alıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti