COP29

“Kəpəz” bu həftə xoş müjdə ala bilər – Yuxarı səviyyədə göstəriş verilib

23 İyun 19:00 Kəpəz 2 519
“Kəpəz” bu həftə xoş müjdə ala bilər – Yuxarı səviyyədə göstəriş verilib

Premyer Liqada yerini qorumaq tapşırığının öhdəsindən gələn “Kəpəz” növbəti mövsümün planlarını qurur.

Maliyyə sıxıntısı yaşayan klub aparıcı futbolçularla yollarını ayırmaqdadır.

Dövlətdən ayrılan 3 milyon manatla dolanmaq məcburiyyətində qalan qərb təmsilçisi bu vəsaitlə bütün xərcləri qarşılaya bilmir.

Gəncəlilər çətin günlərdən xilas olmağa yaxındır.

SOCAR rəhbərliyi səviyyəsində kluba əlavə sponsorun cəlb olunması yönündə ciddi işlər görülməkdədir. Əldə etdiyimiz bilgiyə görə, SOCAR-ın tabeliyində olan şirkətlərdən biri “sarı-göylər”ə maliyyə dəstəyi göstərə bilər.

Yuxarı səviyyədə bununla bağlı göstəriliş verilib ki, ən qısa zamanda yeni sponsorun adı açıqlanmalıdır. Çox çəkməyəcək, bu ayın sonuna qədər “Kəpəz”ə pul ayıracaq şirkətin adına aydınlıq gələcək.

Bu günə nəzərdə tutulan plan belədir. AFFA rəhbərliyi stadionu 2025-ci ildə hazır olacaq klubun maliyyə dayağının yaxşı olmasını istəyir ki, komanda 2025/26 mövsümündə də Premyer Liqada iştirak etsin.

Əlavə vəsait ayrılmasa, elitada qalmaq hədəfinə çatmaq çətin olacaq. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə yenidən qurulan Gəncə şəhər stadionu isə boş qalacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 18:10 Çək və bizə göndər!