SƏRT REAKSİYA: "Kəpəz"in belini qırmağa gəlmisiniz?"

15 Fevral 22:20 Kəpəz 983
SƏRT REAKSİYA: "Kəpəz"in belini qırmağa gəlmisiniz?"

"Kəpəz" Premyer Liqada 22-ci turu məğlubiyyətlə tamamladı.

"Səbail"i qəbul edən bölgə klubu matçın sonunda darmadağına üzüldü - 1:4.

Qarşılaşmadan sonra nominal meydan sahibləri çox əsəbi görünürdü.

Buna səbəb hakimlərin fasilə ərəfəsində onların qapısına penal təyin etməsi idi.

Qərara etiraz etdiyi üçün qısa müddətdə iki sarı vərəqə alaraq ehtiyat skamiyadan tribunalara göndərilən Vurğun Hüseynov başverənlərlə bağlı Sportinfo.az-a danışdı:

"Vallah nə danışım? Hakimlər komandanın haqqını yeyir.

Fasilədə baş hakim Nicat İsmayıllıya yaxınlaşıb dedim ki, belə olmaz. Normal hakimlik edin. Gəlmisiniz "Kəpəz"in belini qırmağa? Belə şey olmaz axı. Yan xətt hakimi verdiyi aut qərarını 45-ci dəqiqədə niyə dəyişirsən?

Bundan başqa Amil Yunanova qarşı qayda pozuntusu olduğunu bildirdim. Aramızda belə söhbət oldu və mənə sarı vərəqə verdi. Xəbərdarlıq etdi ki, davam etsən qırmızı vərəqə verəcəm.

Özümü saxlaya bilmədim. Narazılığa davam edincə ikinci sarı vərəqəni verdi. Nə deyim vallah. Görünən odur ki, bizi hələ çox sıxacaqlar".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti