
«Kəpəz»in yeni baş məşqçisi Adil Şükürovun qazancı məlum olub.
Gəncə klubunun AFFA-nın texniki direktoru Cahangir Həsənzadənin göstərişi ilə işə götürdüyü çalışdırıcı aylıq 6000 manat maaş alıb.
Razılaşmaya əsasən, federasiyanın tapşırdığı sükançının əməkhaqqısı yayda artırıla bilər. Bunun üçün o, komandanı Premyer Liqada saxlamalıdır.
Azər Məmmədovdan boşalan vəzifəyə gələn Şükürovun 2 illik müqaviləyə qol çəkdiyini xatırladaq.
«Kəpəzin öncəki baş məşqçisinə də 6000 manat məvacib verdiyini söyləyək.
SPORTİNFO.AZ