Bu təyinatın altından AFFA-nın vəzifəli şəxsi çıxdı

18 Noyabr 2023 13:40 Kəpəz 1 594
Bu təyinatın altından AFFA-nın vəzifəli şəxsi çıxdı

Adil Şükürovun «Kəpəz»ə kimin vasitəsilə gəlməsi məlum olub.

Klub rəhbərliyi onun baş məşqçi postuna təyinatıyla bağlı göstərişi AFFA-dan alıb.

Belə ki, federasiyanın texniki direktoru Cahangir Həsənzadə bu məsqədlə Gəncə təmsilçisinin İdarə Heyətinin sədri İlqar Nadiri ilə görüşüb, ona müvafiq tapşırıqlar verib.

Nadirini istiqamətləndirən «Caqa» ləqəbli funksioner digər namizədlərin üzərindən xətt çəkib, onunla yaxın münasibətdə olan Şükürovu irəli çəkib.

Tərəflər arasında bağlanan müqavilə ikiillikdir. Azər Məmmədovun yerinə gələn çalışdırıcının ümdə vəzifəsi «Kəpəz»i Premyer Liqada saxlamaqdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti