«Kəpəz»in yeni baş məşqçisi Adil Şükürov öz korpusunda növbəti dəyişiklik edib.
Bugünlərdə görəvə gələn çalışdırıcı qapıçılar üzrə köməkçi Tariyel Hüseynovu buradan uzaqlaşdırıb.
Son olaraq «İmişli»də Əsgər Abdullayevin yardımçısı işləyən Elşad Tahirov İmişliyə dəvət edilib.
Gəncə təmsilçisi ilə 2 illik müqavilə imzadayan Şükürov ondan öncə 3 nəfərlə yola çıxıb. «Neftçi»nin 19 yaşlılardan ibarət komandasının baş məşqçisi İlyas Qurbanovu «Kəpəz»ə gəlməyə razı salıb.
«Kəpəz»in akademiyasında çalışan Zaur Əsədovu da öz korpusuna daxil edib. Həmçinin analitik kimi İlkin Hacıyevi.
SPORTİNFO.AZ

