
"Kəpəz”dən ayrılan Abdullah Şuaybunun bundan sonra hansı qərarı verəcəyi məlum olub.
Azərbaycanı tərk edən forvard hazırda ölkəsində fərdi məşqlərini etməklə məşğuldur.
O, yenidən Azərbaycana qayıtmaqda qərarlıdır.
Hamını düşündürən sual da budur ki, onun Bakıya qayıtması mümkündürmü?
Bəli, mümkündür. Belə ki, futbolçu bunun üçün təkrar tibbi müayinədən keçməlidir.
Əgər cavab neqativ olarsa, onun karyerasını yenidən ölkəmizdə davam etdirməsində heç bir problem qalmayacaq.
Sadəcə onun növbəti dəfə test verməsi üçün sonuncu müayinədən minimum bir ay keçməsi lazımdır.
21 yaşlı legioner həmin müddətin başa çatmasını gözləyir.
Bəzi mənbələrdə "Kəpəz"in onunla müqaviləyə xitam verməsi ilə bağlı səsləndirilən iddialar da yanlışdır.
Belə ki, ötən ilin yayında “Şerif”dən gəlmiş nigeriyalı forvardın qərb təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında bitəcək.
Və hazırda həmin şərtlər qüvvədədir.
Afrikalı legioner bölgə klubunda keçirdiyi 45 matçda 13 qol, 5 asistlə yadda qalıb.
Xatırladaq ki, Şuaybuda Hepatit virusu aşkar olunub. O, bu səbəbdən bu ayın əvvəli Azərbaycanı tərk edərək vətəninə yollanıb.
XANOĞLAN / SPORTİNFO.AZ