Premyer Liqada işləri qaydasına salmağa çalışan “Kəpəz”də yeni təyinat gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, Futbol Akademiyasının direktoru Cabir İbrahimova səlahiyyətli vəzifə həvalə olunub.
O, bundan sonra həm də klubda icraçı direktor postuna cavabdehlik daşıyacaq.
İbrahimov klubun İdarə Heyətinin sədri İlqar Nadiridən sonra “Kəpəz”də ikinci şəxs hesab olunacaq. Eyni zamanda akademiyada da əsas söz sahibliyini davam etdirəcək.
Maraq üçün bildirək ki, Gəncə təmsilçisində icraçı direktor postu vakant idi.
HƏBİB

