“Kəpəz” Hepatit B virusuna yoluxduğu üçün Azərbaycanı tərk edən Abdullahi Şuaybunun transfer qiymətini aşağı salıb.
Gəncə təmsilçisi müqaviləsi gələn ilin yayında başa çatacaq hücumçuya görə istədiyi məbləği yarıbayarı endirib.
Qərb klubu ötən ilin yayında “Şerif”dən gəlmiş nigeriyalı forvarda görə indi 100 min dollar deyil, cəmi 50 min dollar gəlir əldə etməyə razıdır.
Şuaybu hazırda ölkəsindədir. Menecerlər afrikalıya Avropada yeni klub axtarır.
SPORTİNFO.AZ

