
"Kəpəz"in yeni baş məşqçisi məlum olub.
Klubun Azər Məmmədovun istefasından sonra boşalan posta Adil Şükürovu təyin edib.
Onunla 2 illlik müqavilə bağlanılıb.
Əsas hədəf isə klubu Premyer Liqada saxlamaqdır.
Amma məqsədə çatmaq mümkün olmasa belə onunla yollar davam etdiriləcək.
Belə ki, tərəflər arasında anlaşmaya görə, bölgə klubu mövsümün sonu birinci liqaya yuvarlansa, Şükürov aşağı liqada da komandanı çalışdıracaq.
Müqavilə müddətinin iki ili əhatə etməsnin əsas səbəbi də budur.
Adil Şükürov vaxtilə futbolçu kimi "Kəpəz"də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "sarı-göylər"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.
46 yaşlı məşqçinin sonuncu dəfə "Zirə"ni çalışdırdığını bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ