Əvvəl özü, indi də qardaşı klubdan kənarlaşdırıldı – SON DƏQİQƏ

14 Noyabr 2023 11:40 Kəpəz 2 052
Əvvəl özü, indi də qardaşı klubdan kənarlaşdırıldı – SON DƏQİQƏ

«Kəpəz»də islahatlar davam etdirilir. Füzuli Allahverdiyev yenidən klubdan uzaqlaşdırılıb.

Yaşar Vazabzadənin vaxtında əsas komandanın məşqçilər korpusunda yer alan, Tərlan Əhmədovun buradan kənarlaşdırdığı, daha sonra başqa vəzifə alan millinin sabiq müdafiəçisi klub rəhbərliyinin qəzəbinə tuş gəlib.

Buna səbəb tərəflər arasında yaranan fikir ayrılığıdır. Belə ki, akademiyanın idarəçilərindən biri olan Allahverdiyev ona tapşırılan işi yerinə yetirməyib.

Bu sahəylə bağlı 3 aylıq hesabatı təqdim etmədiyi üçün müqaviləsinə xitam verib.

Onun müxtəlif vaxtlarda komandanın baş məşqçisi, rəisi və vitse-prezidenti olmuş Mehman Allahverdiyev da yaxınlarda idman direktoru postundan kənarlaşdırılıb.

İki il .öncə bu vəzifəyə təyin edilmiş tanınmış mütəxəssis yalnız İdarə Heyətinin (İH) üzvü kimi burada saxlanılıb. Ötən ilin yayında İH-nin üzvü seçilmiş Allahverdöiyev daha «Kəpəz»dən əməkhaqqı olmayacaq.

Allahverdiyevin vəzifəsini itirməsi Gəncənin futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Reaksiyalar müxtəlifdir. Hamını bu sual düşündürür ki, İlqar Nadiri nədən belə bir qərar verib?

Bizdə olan məlumata görə, İdarə Heyətinin sədri bu addımı məcburiyyətdən atıb. Daha doğrusu, sabiq idman direktoru öz hərəkətləri ilə onu buna sövq eləyib.

Belə ki, Allahverdiyev klub daxilində, eləcə də müxtəlif kluarlarda davamlı olaraq sədrin fəaliyyətinin əleyhinə fikirlər söyləyib, özünü «muxtar respublika», «dövlət içində dövlət» kimi aparıb.

Rəhbərə müxalif mövqe sərgiləyən Allahverdiyev İdarə Heyətinə sədr seçilməyə iddiasını da gizlətməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti