Azərbaycan klubunda yenidən Müşahidə Şurası yaradılır – SON DƏQİQƏ

13 Noyabr 2023 14:00 Kəpəz 2 192
Azərbaycan klubunda yenidən Müşahidə Şurası yaradılır – SON DƏQİQƏ

“Kəpəz”in idarəetmə sistemi dəyişdirilir.

Gəncə təmsilçisində Müşahidə Şurasında yenidən yaradılır.

Klub rəhbərliyi bu məsələylə bağlı AFFA və şəhər rəhbərliyi ilə müzakirələr aparıb, razılıq alınıb.

Şurada federasiyanın və yerli rəsmi qurumların nümayəndələri, həmçinin bəzi iş adamları yer alacaq.

2022-ci ilin sentyabrında yaradılan İdarə Heyətinin (İH) buraxılması barədə xəbər qısa zamanda ictimaiyyətə açıqlanmalıdır.

Başqa sözlə, İlqar Nadiri sədr, Vasif Qafarov sədr müavini postundan ayrılacaq. Müşfiq Cəfərov, Həmid Nəsirov, Zəfər Məmmədov, Mehman Allahverdiyev və Müzadil Həsənov İdarə Heyətinin üzvü kimi daha burada fəaliyyət göstərməyəcək.

Bu islahat günün tələbidir. İH-nə daxil olan şəxslər klubun işlərinə kömək etmir. Vasif Qafarov bura AFFA-dan təhkim olunub və faktiki əlini ağdan-qaraya vurmur.

Digər şəxslər isə yerli rəsmi dairələrin və futbol ictimaiyyətinin nümayəndələridir. İndiyə kimi biri cibindən 1 manat çıxarıb «Kəpəz»ə maddi dəstək verməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti