«Kəpəz»in yeni baş məşqçisi Adil Şükürovun köməkçiləri müəyyənləşib.
46 yaşlı çalışdırıcı özünə əsas yardımçı kimi İlyas Qurbanovu götürüb.
Onlar vaxtilə «Bakı»da həm futbolçu, həm də məşqçi kimi yoldaşlıq etmiş cütlükdür. Qurbanov buna kimi «Neftçi»nin U-19 komandasını çalışdırıb.
Şükürov «Kəpəz»in akademiyasında çalışan Zaur Əsədovu da öz korpusuna daxil edib. Həmçinin analitik kimi İlkin Hacıyevi.
O, Azər Məmmədovla bərabər işləmiş Tariyel Hüseynovu qapıçılar üzrə məşqçi vəzifəsində saxlayıb.
«Kəpəz» bu gün yeni baş məşqçisini rəsmən ictimaiyyətə təqdim edəcək.Bu münasibətlə klubun bazasında tədbir (saat 14:00) keçiriləcək.
Onunla mövsümün sonunadək müqavilə imzalanacaq. Razılaşmaya əsasən, Şükürov komandanı Premyer Liqada saxlamalıdır.
46 yaşlı çalışdırıcı bu missiyanın öhdəsindən gələrsə, onun sözləşmənin müddəti avtomatik olaraq 1 il də uzadılacaq.
SPORTİNFO.AZ

