Azərbaycanın ən böyük ikinci şəhərində stadionu sökməyə başladılar - FOTOREPORTAJ

12 Noyabr 2023 11:05 Kəpəz 13 546
Azərbaycanın ən böyük ikinci şəhərində stadionu sökməyə başladılar - FOTOREPORTAJ

Gəncə şəhər stadionunun söküntüsünə start verilib.

Üç həftə öncə hasarlanan ərazidə artıq ağır texnikalar çalışır.

Prosesə tribunalardan başlanılıb. Xeyli sayda işçi qüvvəsinin cəlb olunduğu söküntüun ilkin mərhələsində meyançanın dörd bir tərəfinin daş və dəmir konstruksiyadan təmizlənməsi həyata keçiriləcək.

Daha sonra yaşıl sahənin özü qazılacaq və torpaq sahəsi 1 metrədək götürüləcək.

İşlər 1 il davam edəcək. Planda dəyişiklik olmasa, arena 2024-cü ilin dekabrında başa çatdırılacaq.

Gənclər və İdman Nazirliyinin balansındakı stadionun tikintisinin podratçısı Türkiyə şirkətidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti