Baş məşqçi ayrıldı, hər şey düzəldi?

12 Noyabr 2023 09:50 Kəpəz 1 778
Baş məşqçi ayrıldı, hər şey düzəldi?

Mövsümün ikinci qələbəsinə sevinmək üçün «Kəpəz»ə 11 tur, yaxud 65 gün gözləmək lazım oldu.

Azər Məmmədovun ayrılması ilə 3 xalın gəlməsi üst-üstə düşdü və turnir cədvəlində sonuncu pilləni tərk etdilər.

«Kəpəz» Mərdəkanda fövqəladə oyun sərgilmədi. Parlaq futboldan söz açmağa dəyməz.

Ona görə qalib gəldilər ki, «Araz-Naxçıvan» belə istədi. İşdir, nominal ev sahibləri görməyə adət etdiyimiz oyun tərzini sadiq qalsaydı, «Kəpəz» növbəti böyükhesablı məğlubiyyətdən qaça bilməyəcəkdi.

Onlar, sadəcə, oynamadılar, oynamaq istəmədilər. Hər topun arxasınca getmədilər. Gedəndə də onunla könülsüz davrandılar.

«Kəpəz» camiəsini səbrli olmağa səsləyirəm. Tələsib eləməsinlər.

«Uğursuzluq zolağını adladıq» deyib durmasınlar. Azər Məmmədovun gedişinin müsbət təsirindən danışmaq çox tezdir. Klubda, komandanın özündə yetərincə problem var: istər maddi, istərsə də komplektləşmə cəhətdən.

Mövsümün əvvəlində və sonradan karvana qoşulan legionerlər adaptasiya dönəmini hələ arxada buraxmayıb. Bir-birlərini hələ üzdən tanıyırlar, anlaşma aşağı səviyyədədir.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti