Azərbaycanda tanınmış klub idarəçilərini dəyişir - SON DƏQİQƏ

11 Noyabr 2023 16:40 Kəpəz 3 344
Azərbaycanda tanınmış klub idarəçilərini dəyişir - SON DƏQİQƏ

“Kəpəz” PFK İctimai Birliyinin strukturunda dəyişiklik olacaq.

2022-ci ilin sentyabrında yaradılan İdarə Heyətinin (İH) buraxılması artıq gün məsələsidir.

İH-nin ləğvi ilə klub yeni idarəetmə formasına keçid edəcək.

Başqa sözlə, İlqar Nadiri sədr, Vasif Qafarov sədr müavini postundan ayrılacaq. Müşfiq Cəfərov, Həmid Nəsirov, Zəfər Məmmədov, Mehman Allahverdiyev və Müzadil Həsənov İdarə Heyətinin üzvü kimi daha burada fəaliyyət göstərməyəcək.

Bu islahat günün tələbidir. İH-nə daxil olan şəxslər klubun işlərinə kömək etmir. Vasif Qafarov bura AFFA-dan təhkim olunub və faktiki əlini ağdan-qaraya vurmur.

Digər şəxslər isə yerli rəsmi dairələrin və futbol ictimaiyyətinin nümayəndələridir. İndiyə kimi biri cibindən 1 manat çıxarıb «Kəpəz»ə maddi dəstək verməyib.

Belə İdarə Heyətindənsə, onun olmaması daha yaxşıdır.

Bütün güc İlqar Nadirinin üzərinə düşüb. Nə xərc çəkirsə, o, çəkir. Amma nəvaxtadək?

Sədr bu mövsüm kluba şəxsi büdcəsindən 100 min manatın üstündə pul ayırıb. Keçənilki kimi...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti