Premyer Liqa klubunu çalışdırmağa kimsə razılıq vermədi, bircə o… SON DƏQİQƏ

10 Noyabr 2023 11:20 Kəpəz 2 246
Premyer Liqa klubunu çalışdırmağa kimsə razılıq vermədi, bircə o… SON DƏQİQƏ

Ötən həftə Azər Məmmədovla vidalaşan «Kəpəz»in baş məşqçi axtarışları bitmək üzrədir.

Kaxaber Sxadadze ilə anlaşa bilməyən qərb təmsilçisi yenidən ölkədaxilinə dönüb.

Hazırda ən real namizəd Adil Şükürovdur. 2015-2016-cı illərdə «Zirə»ni çalışdırmış mütəxəssis Gəncədə işləməyə ikiəlli razıdır.

Vaxtilə «Kəpəz»in formasını geyinmiş Şükürovla danışıqlar son mərhələdədir. Böyük ehtimalla, klub rəhbərliyi axırıncı məqamda fikrini dəyişməyəcək, onun üzərində dayanacaq.

Şükürov beş il qabaq «Şüvəlan»dan ayrılandan sonra heç bir kloubdan belə təklif almayıb. Yalnız uşaq futbolunda işləyib. «Turan Tovuz» və «Araz-Naxçıvan»da fəaliyyət göstərib.

«Kəpəz»in başbilənləri daha öncə 3 yerli məşqçi ilə danışıqlar aparıb. Aftandil Hacıyev, Zaur Həşimov və Samir Əliyev təklifi geri çevirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti