«Kəpəz»lə Kaxaber Sxadadze arasında aparılan danışıqlar baş tutmayıb.
Gürcüstanlı baş məşqçi ikinci dəfə Azərbaycana qayıtmaq fürsətini dəyərləndirmək istəməyib.
Buna səbəb tərəflərin maliyyə şərtlərində razılığa gəlməməsidir.
Belə ki, Premyer Liqanın 12-ci turunda «Qarabağ»a 1:7 hesablı məğlubiyyətdən sonra Azər Məmmədovla yolları ayıran Gəncə təmsilçisi ona aylıq 10 min dollar əməkhaqqı təklif edib.
Kaxa qərb klubunu elitada saxlayacağına söz verib, amma bunun üçün ona vəd olunandan daha çox pul istəyib. Konkret desək, 15 min dollar.
«Kəpəz» rəhbərliyi həmin məbləbi ödəmək gücündə olmadığı barədə qarşı tərəfi məlumatlandırıb və beləcə, sövdələşmə rəsmi müstəviyə keçməyib.
Kaxa 2009-2014-cü illər aralığında Azərbaycanda işləyib. Burada çempionluq qazanıb.
2015-2016-cı illlərdə ölkəsinin əsas yığmasının sükanı arxasında dayanıb. Növbəti ili Qazaxıstanda – «Kayrat»da keçirib.
2018-2020-ci illərdə «Ordabası»nın baş məşqçisi olub. 2021-ci ildə vətəninə dönüb, Tbilisi «Dinamo»su ilə anlaşıb.
Ötən ilin ikinci yarısında yenridən Qazaxıstana dönüb, bu dəfə «Kaspi» ilə müqavilə bağlayıb. Onun Aktay şəhərinin təmsilçisində fəaliyyəti qısa sürüb və hazırda işsizdir.
SPORTİNFO.AZ

