"Qarabağ" onlara “toy tutdu”, dönər almaq üçün növbəyə dayandılar - VİDEO

9 Noyabr 2023 00:40 Kəpəz 1 660
"Qarabağ" onlara “toy tutdu”, dönər almaq üçün növbəyə dayandılar - VİDEO

"Kəpəz"in futbolçularıyla bağlı sosial şəbəkələrdə qalmaqallı görüntülər yayılıb.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin futbolçuları Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qarabağ"a 1:7 hesablı məğlubiyyətdən sonra Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısındakı dönərxanada növbəyə durublar.

Bu görüntülər sosial şəbəkə izləyiciləri və azarkeşlər tərəfindən qınaq obyektinə çevrilib.

Rəylərdə qeyd olunub ki, oyundan sonra normal qidalanmayan və vitamin qəbul etməyən futbolçulardan meydanda nəsə gözləmək olmaz.

Ağır matçdan sonra futbolçuların enerjilərini dönərlə bərpa etməsi rüsvayçılıqdır. Azarkeşlər buna görə klub rəhbərliyini tənqid ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti