«İnter»in (indiki «Şamaxı») keçmiş baş məşqçisi Kaxaber Sxadadze yenidən Azərbaycana dönə bilər.
Premyer Liqanın 12-ci turunda «Qarabağ»a 1:7 hesablı məğlubiyyətdən sonra Azər Məmmədovla müqaviləyə vaxtından əvvəl xitam verən «Kəpəz» gürcüstanlı mütəxəssisə dəvət göndərib.
Gəncə təmsilçisi qonşu respublikadan olan çalışdırıcıya 6 aylıq müqavilə təklif edib.
Kaxa 2009-2014-cü illər aralığında Azərbaycanda işləyib. Burada çempionluq qazanıb.
2015-2016-cı illlərdə ölkəsinin əsas yığmasının sükanı arxasında dayanıb. Növbəti ili Qazaxıstanda – «Kayrat»da keçirib.
2018-2020-ci illərdə «Ordabası»nın baş məşqçisi olub. 2021-ci ildə vətəninə dönüb, Tbilisi «Dinamo»su ilə anlaşıb.
Ötən ilin ikinci yarısında yenridən Qazaxıstana dönüb, bu dəfə «Kaspi» ilə müqavilə bağlayıb. Onun Aktay şəhərinin təmsilçisində fəaliyyəti qısa sürüb və hazırda işsizdir.
SPORTİNFO.AZ

