«Kəpəz» rəhbərliyi Zaur Həşimov və Aftandil Hacıyevdən sonra daha bir məşqçiyə dəvət göndərib.
Azər Məmmədovla yolları ayıran Gəncə təmsilçisi bu dəfə Samir Əliyevin qapısını döyüb.
Qərb klubu hazırda U-21 yığmasını çalışdıran mütəxəssisə gələn ilin yayınadək müqavilə bağlamağı təklif edib.
Buna görə, komanda Premyer Liqada yerini qoruyarsa, kontraktın müddəti daha 1 il uzadılacaq.
«Kəpəz Premyer Liqanın 12-ci turunda «Qarabağ»a 1:7 hesablı məğlubiyyətdən sonra A.Məmmədovla vidalaşıb. «Sarı-göylər» hazırda 6 xalla turnir cədvəlinin sonuncu pilləsindədir.
SPORTİNFO.AZ

