"Kəpəz"in yeni baş məşqçisi kim olacaq? - SON DƏQİQƏ

6 Noyabr 2023 11:00 Kəpəz 6 296
"Kəpəz"in yeni baş məşqçisi kim olacaq? - SON DƏQİQƏ

"Kəpəz"in baş məşqçi postundan istefa verən Azər Məmmədovun yerinə ilk namizəd artıq var.

Bölgə klubunun rəhbərliyi yerli mütəxəssislə yola davam etməkdə qərarlıdır.

Söhbət "Zirə"nin sabiq çalışdırıcısı Zaur Həşimovdan gedir.

Artıq dünəndən PRO kateqoriyalı mütəxəssislə danışıqlara start verilib.

Şərtlərdə razılıq əldə olunsa, qərb təmsilçisini Həşimov çalışdıracaq.

Zaur Həşimov hazırda "Zirə"nin əvəzedici komandasının baş məşqçisidir.

O, daha əvvəl əsas komandanın baş məşqçisi kimi fəaliyyət göstərib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti