Özü getdi, köməkçiləri də burada qalmadı – SON DƏQİQƏ

5 Noyabr 2023 19:25 Kəpəz 4 870
Özü getdi, köməkçiləri də burada qalmadı – SON DƏQİQƏ

Bəlli olduğu kimi, bu gün “Kəpəz”in baş məşqçisi Azər Məmmədov istefa verib.

O, mövsümün əvvəlindən “Kəpəz”i çalışdırırdı.

Məmmədovun rəhbərlik etdiyi komanda bu mövsüm Premyer Liqada 6 xalla sonuncu pillədə qərarlaşıb.

Dünən “Qarabağ“a 1:7 hesabıyla uduzan Gəncə təmsilçisindən ayrılan tək Məmmədov deyil. Onun köməkçiləri da iş yerini tərk edib.

Etibar İbrahimov, Vasif Vəliyev, Tariyel Hüseynov (qapıçı məşqçisi) və İlkin Verdiyev (analitik məşqçi) də bu siyahıda yer alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti