Azərbaycan klubu iki məşqçi ilə yollarını ayırdı - SON DƏQİQƏ

4 Noyabr 2023 21:20 Kəpəz 3 670
Azərbaycan klubu iki məşqçi ilə yollarını ayırdı - SON DƏQİQƏ

“Kəpəz”də klubdaxili iclasın baş tutub.

Bir neçə gün əvvəl həmin iclasda aşağı yaş qruplarından ibarət komandaların məşqçilərinin Futbol Akademiyasının rəhbəri Cabir İbrahimova hesabat verməsi və iclasın gedişində direktorla Füzuli Allahverdiyevin arasında qalmaqal yaşanması haqda sizi məlumatlandırmışdıq.

Həmçinin, onu da bildirmişdik ki, yaxın günlərdə “Kəpəz”in yaş qruplarından ibarət komandalarında məşqçi dəyişikliklərinin olması qaçılmazdır.

Məsələ ilə bağlı yeni məlumat almışıq.

Belə ki, avqustdan oktyabra qədər müddəti əhatə edən 3 aylıq hesabata əsasən “sarı-göylər”in qızlardan ibarət komandasının baş məşqçisi Füzuli Allahverdiyevlə, eləcə də, U-16 komandasının baş məşqçisi Mustafa Əsədovla müqaviləyə xitam verilib.

Klubun məlum yaşananlarla bağlı rəsmi açıqlama verməməsinin səbəbi əksəriyyət kimi, bizim üçün də maraqlıdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti