“Komandanın çıxışı bizi çox narahat edir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.
Gəncə təmsilçisi Premyer Liqanın geridə qalan hissəsində 11 matça çıxıb. Cəmi 1 qələbəsi olan qərb klubu 6 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsinə enib.
I Liqaya düşmək təhlükəsi, heş şübhəsiz, “Kəpəz” başbilənlərini ciddi narahat edir. 10 turdur qalibiyyət üzü görməyən kollektiv bu minvalla Azər Məmmədovu yolla salacaq.
Hər halda İ.Nadiri də bu variantı istisna etmir:
“Baş məşqçi ilə oturub danışmışıq. Vəziyyəti özü də yaxşı başa düşür, bilir ki, belə çox getməyəcək.
Nələrisə dəyişmək lazımdır ki, komanda düşdüyü vəziyyətdən çıxsın. Azər Məmmədovla fikrimizi bölüşmüşük.
Qış fasiləsinə kimi vaxt var. Komanda həmin müddətdə bir neçə qələbə qazanmalıdır.
Ən azından, son pıillədən qurtulmalıdır. Yeni ilə axırıncı yerdə getsək, buna uyğun qərar verəcəyik. Azər Məmmədov da bununla razılaşıb”.

