Bölgə klubu bu legionerdən canını qurtarmaq üçün HƏRƏKƏTƏ KEÇDİ

3 Noyabr 2023 17:00 Kəpəz 819
Bölgə klubu bu legionerdən canını qurtarmaq üçün HƏRƏKƏTƏ KEÇDİ

“Kəpəz”in qışda yollarını ayırmağa hazırlaşdığı ilk futbolçunun kimliyi məlum olub.

Bu, komandanın qapıçısı Vladislav Vasilyuçekdir.

Belaruslu qolkiperin performansı məşqçilər korpusunu qəti qane etmir.

Məhz bu səbəbdən mövsümə əsas heyət qapıçısı kimi başlayan legioner futbolçu öncə yerini Kamran İbrahimova verməli oldusa, ardınca portuqaliyadan olan həmkarı İqor Rodriqes transfer olunca faktiki üçüncü qapıçıya çevrilmiş oldu.

İndi əsas məsələ müqaviləyə xitam verilməsi üçün tərəflər arasında qarşılıqlı razılaşmanın olmasına nail olmaqdır.

Rəhbərlik bir müddətdir mövsümün sonuna kimi müqaviləsi olan əcnəbi ilə danışıqları sürətləndirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti