“Onu havayı buraxmaq fikrimiz yoxdur, hara getsə, təzminat alacağıq”

2 Noyabr 2023 17:40 Kəpəz 3 139
“Onu havayı buraxmaq fikrimiz yoxdur, hara getsə, təzminat alacağıq”

“O, artıq komandamızın düşərgəsində deyil, tranfserə çıxarmışıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Onun bildirdiyinə görə, nigeriyalı hücumçu artıq Azərbaycanı tərk edib. Ötən ilin yayında «Şerif»dən gələn afrikalı legioner bir daha geri qayıtmayacaq:

”Şuaybu son vaxtlar ciddi təzyiq altında idi. Haqqında çıxan xəbərlər onu yorurdu.

Özünü yaxşı hiss etmirdi. Həm də ki, ayağından zədə almışdı.

Onun “Turan Tovuz”la matçda meydana çıxmaması sırf bununla əlaqədardır. Məşqdə aldığı zədə və keçmiş menecerinin açıqlamaları onda psixoloji travma yaratmışdı.

Danışdıq və ortaq qərara gəldik ki, vətəninə qayıtsın. Bəzi ölkələrdən təklifi var.

Müqaviləsi olduğu üçün klubumuzun onu havayı buraxmaq fikri yoxdur. Hara getsə, təzminat alacağıq”.

Cari mövsüm Premyer Liqada 1 qola imza atmış forvardın karyerasını Avropada davam etdirməsi gözlənilir. Onun Gəncə təmsilçisi ilə müqaviləsi

2024-cü ilin iyununda başa çatacaq. Şuaybunun «Kəpəz»dən ayrılması qəfil hadisə kimi görünə bilər.

Amma bu, qətiyyən belə deyil. Səbəb 21 yaşlı hücumçunun ətrafında dolaşan söz-söhbətlərdir.

Belə ki, əcnəbinin qanında Hepatit B virusu aşkarlanıb. Bu barədə onun sabiq meneceri Dmitri Selyuk məlumat verib.

O bildirib ki, nigeriyalı sağlamlıq testindən keçərkən analizləri dəyişdirilib və “sağlam” olaraq qeyd edilib. Bununla bağlı hətta Baş Prokurorluq AFFA-ya müraciət ünvanlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti