“Kəpəz”də ara yenə qarışdı - SON DƏQİQƏ XƏBƏRİ

1 Noyabr 2023 20:00 Kəpəz 3 940
“Kəpəz”də ara yenə qarışdı - SON DƏQİQƏ XƏBƏRİ

Bu gün “Kəpəz”də klubdaxili iclas baş tutub.

Futbol Akademiyasının direktoru Cabir İbrahimov bütün yaş qruplarından ibarət komandaların məşqçilərini bir araya gətirib.

Məqsəd geridə qalan 3 ayda görülən işlərə nəzər salmaq və qiymət vermək olub.

Fikirlər dinlənilən anda Gəncədə sevilən simalardan olan, hazırda “Kəpəz”in qızlardan ibarət komandasına cavabdehlik daşıyan Füzuli Allahverdiyevlə Cabir İbrahimov arasında mübahisə yaşanıb.

Söz atışmasının nə üstündə baş verdiyini dəqiqləşdirməkdə çətinlik çəksək də, birinin sözünün digərinin boğazından keçmədiyi dəqiqdir.

İş prosesinə görə baş qaldıran münaqişə qısa zamanda aradan qaldırılıb.

Yaxın günlərdə “Kəpəz”in müxtəlif yaş qruplarından ibarət komandalarından məşqçi dəyişiklikləri qaçılmazdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti