Hakimləri təhqir edən “Kəpəz”in məşqçisi kimdir?

31 Oktyabr 2023 23:20 Kəpəz 970
Hakimləri təhqir edən “Kəpəz”in məşqçisi kimdir?

Azərbaycan Premyer Liqasının XI turunda “Turan Tovuz”la səfər oyununda hakimləri təhqir edən “Kəpəz”in analitiki İlkin Verdiyev AFFA İntizam Komitəsi tərəfindən diskvalifikasiya olunub.

Sportinfo.az xəbər verir ki, qarşılaşma bitdikdən sonra referilərin ünvanına nalayiq ifadələr səsləndirən məşqçiyə ikisi şərti olmaqla 5 oyunluq cəza verilib.

Ona 3 aylıq sınaq müddəti təyin edilib. Analitikin davranışı gəncəliləri 4000 manat ziyana salıb.

Bundan başqa, görüşdə 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” daha 700 manat cərimələnib.

Oyun “Turan Tovuz”un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti