İqor Rodrigesin "Kəpəz"də debutu uğursuz oldu.
Portuqalıyalı qapıçı qərb derbisində qapısından nə az, nə çox 4 qol buraxmaqla yadda qaldı.
Halbuki qarşılaşmadan öncə çərçivəni Kamran İbrahimovun qoruyacağı gözlənilirdi.
Axı ötən tur "Zirə" ilə bərabərə bitən matçda (0:0) İqorun ehtiyatda qalması fonunda Kamran yaxşı performans göstərə bilmişdi.
Belədə onun ehtiyata göndərilməsi birmənalı qarşılanmamışdı.
Lakin baş məşqçinin belə qərar verməsi məcburiyyətdən yaranıb.
Belə ki, "Neftçi"nin yetirməsi məşqdə əlindən zədə alıb. 25 yaşlı futbolçunun ağrılar hiss etməsi əcnəbi qolkiperin əsas heyət üçün yolunu açmış olub.
O isə bütün ümidləri puç edərək bərbad çıxışla yadda qalıb.
Hər halda, 4 qol buraxan legioner qapıçıya bundan başqa qiymət düşmür.
XANOĞLAN / SPORTİNFO.AZ

