COP29

Azərbaycan klubunun 2 futbolçusunun ölkədən çıxışına İCAZƏ VERİLMƏDİ

10 Yanvar 2023 10:40 Kəpəz 1 001
Azərbaycan klubunun 2 futbolçusunun ölkədən çıxışına İCAZƏ VERİLMƏDİ

“Kəpəz”in Antalya toplanışı davam edir. Amma iki aparıcı legionerin iştirakı olmadan.

Gəncə təmsilçisi nigeriyalıları - yarımmüdafiəçi Ahmed Ayzaya və hücumçu Abdullaye Şauybunu Türkiyəyə apara bilməyib.

Buna səbəb onların sənədlərində yaranan probemdir. Qərb təmsilçisi afrikalı futbolçulara görə müvafiq qurumlara vaxtında müraciət etmədiyindən, cütlüyə viza verilməyib.

Ayzaya ilə Şuaybunun qarşıdakı günlərdə Antalyaya yollanması sual altındadır. Çox güman ki, Premyer Liqada ikinci dövrə başlayana kimi burada qalıb əvəzedici heyətdə məşqə çıxacaqlar.

Təbii ki, bu hal Tərlan Əhmədova pis təsir edib. Baş məşqçi işlərində qeyri-peşəkar davranan klub idarəçilərinə öz narazılığını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!