
Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Kəpəz" növbəti yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin "Əl-Yarmuk" klubu ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Qəbələdə keçirilən görüşdə komandanın heyətində Lassana Ndiaye və Kərim Lkoça fərqlənib.
"Kəpəz" bunadək 2 yoxlama oyunu keçirib. Adil Şükürovun kollektivi "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub.