“Yuventus” ondan razıdır – 45 milyon avro təklif edir

24 Noyabr 2020 15:20 İtaliya 365
“Yuventus” ondan razıdır – 45 milyon avro təklif edir

“Yuventus” icarə əsasında komandada çıxış edən Alvaro Moratanı saxlamaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Turin klubu müqavilə ilə “Atletiko”ya məxsus olan 28 yaşlı futbolçunun transfer hüquqlarını almaq istəyir.

“Yuventus” bunun üçün Madrid klubuna 45 milyon avro ödəməyə hazırdır. “Qoca sinyora”nın baş məşqçisi Andrea Pirlo da Moratadan razı qaldığını bildirib:

“Morata möhtəşəm futbolçudur, ona görə də, onu bura gətirdik. London və Madriddə sahib olmadığı güvəni burda qazandı. Onun dəyərini bilirik”.

Moratanın “Yuventus”la icarə müqaviləsi mövsümün sonunda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti